Family Club – Səs-küydən uzaqda, təbiətin qoynunda, təmiz havanın, yaşıl örtüyün, hüzurun olduğu yer deməkdir. Biz təbiətə sevgisi olan, ailə dəyərlərinə önəm verən pedaqoqlardan ibarət bir ailəyik.
Səyahətimiz sadə bir fikirlə başladı: Hər bir ailə ekranlardan və texnologiyadan uzaq təbiətlə harmoniyada olmanın təcrübəsini həyatlarında ən azı bir dəfə yaşamalıdır. Biz quşların səsinin cəh-cəh vurduğu, meşədə gülüşün əks-səda doğurduğu, hüzurun hökm sürdüyü bir məkanı sizlərə təqdim edirik. Hər birimiz uşaqlıqda yağışlı, günəşli havada balacaların parabüzənlərə təəccübləndiyini, nənə və babalarımızın bir-birindən maraqlı nağıllar danışdığını və bacı-qardaşların düşmüş budaqlardan qalalar tikdiyinin şahidi olmuşuq.
Family Club sizi hekayəmizə qoşulmağa dəvət edir. Gəlin birlikdə səyahət edək, əylənərək öyrənək.
Hər bir ailənin istirahətini, əyləncəsini, yaradıcı inkişafını təmin etməklə, ailə üzvləri arasında qarşılıqlı əlaqəni, bir-birinə sevgini, inkişafı və qarşılıqlı öyrənməni təşviq etməkdir.
Biz ailələrin təbiətlə harmoniyada olduğu, onu birlikdə kəşf etdiyi və unudulmaz xatirələr yaratdığı bir mühit, şərait təqdim edirik. Proqramlarımız vasitəsilə biz təbiətə sevgini aşılamaqla paralel sağlam və güclü ailə bağları da aşılayırıq.
Family Club-da bizim pedaqoqlar, təlimçilər və bələdçilərdən ibarət komandamız araşdırdığımız təbiət kimi müxtəlif və rəngarəngdir. Komandamızın hər bir üzvü ailə dəyərlərinə bağlı, macəraya açıq, təbiəti və insanları, uşaqları sevən şəxslərdir. Komandamız öz dəyərli təcrübələrini sizlələrlə bölüşməyə hazırdır. Klubumuza xoş gəlmişiniz!
Biz Family Club-da ailələri təbiətə və bir-birinə yaxınlaşdıran unudulmaz təcrübələr, xatirələr vəd edirik. Bizim müxtəlif proqram seçimlərimiz hər yaşa, maraq və bacarıq səviyyələrinə uyğundur. Burada sizi nə gözləyir:
Family Club yeni sərgüzəştlərə, macəralar yaşamağa açıq olan bütün ailələri dəvət edir. Bizə qoşulun, birlikdə kəşf edin, öyrənin və inkişaf edin!
Sevdiklərinizlə unudulmaz macəralara getməyə hazırsınız? İstər təcrübəli səyahətçi, istərsə də maraqlı kəşfiyyatçı olmağınızdan asılı olmayaraq, Family Club sizi icmamızın bir hissəsi olmağa dəvət edir. Qarşıdan gələn tədbirlər, seminarlar və ailə macəralarından xəbərdar olmaq üçün bizi sosial mediada izləyin. Gəlin xatirələr yaradaq, birlikdə öyrənək və ailənin sehrini açıq havada qeyd edək. Evinizə xoş gəlmisiniz!