Səidə 10 ildə artıqdır ki, pedaqoji fəaliyyətlə məşğuldur. İxtisasca filoloqdur. Səidə qeyri-formal təhsil və onun idarə olunması üzrə mütəxəssisdir. O, ölkə və beynəlxalq səviyyəli layihələrin yazılması, idarə olunması istiqamətində təcrübəyə malikdir.
Səidə Birləşmiş Millətlər təşkilatı, National Geographic, Gənclər və İdman nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ailə Qadın və Uşaq Komitəsi və s. kimi dövlət və özəl qurumlarla birgə həyata keçirilən layihələrin idarə olunması ilə məşğul olmuşdur. O, bununla yanaşı erkən yaşlı uşaqlar və onların valideynləri iş üzrə uzunmüddətli fəaliyyət göstərir.
Peşəkar olaraq açıq-havada təhsil və pedaqoq liderlərin, böyükyaşlı mütəxəssislərin inkişafı istiqamətində idarəçilik ilə məşğul olur.