azruen +994 51 423 24 23 [email protected]

Şərtlər və Qaydalar Toplusu

Giriş:

Bu Şərtlər və Qaydalar Toplusu (bundan sonra – “Toplu”) Siz və Family Club (bundan sonra – FC) arasında şirkətin xidmətlər və mallarından sizin istifadənizi tənzimləmək məqsədilə hazırlanmışdır. Bu Toplu xidmət və mallardan istifadə ilə əlaqədar Sizin hüquq və vəzifələrinizi müəyyən edir.

Bu Toplu xidmət və mallardan istifadəni, həmçinin malların dəyişdirilməsi, xidmət və mallardan imtina hallarında ödənilən məbləğlərin geri qaytarılması və ya qaytarılmaması şərtlərini müəyyən edir.

Təsdiqləmə:

Siz xidmət və mallardan istifadə etmək üçün bu vebsaytlar (https://familyclub.me, https://familyclub.az, https://familyclub.ge) və müvafiq formalar üzərində qeydiyyatdan keçdiyiniz zaman qeyd edilən Toplunun şərtləri ilə tanış olduğunuzu, şərtləri qəbul etdiyinizi və 18 yaşdan yuxarı olduğunuzu təsdiq edirsiniz.

Xidmətlər üçün ödənilən məbləğlərin geri qaytarılması və ya qaytarılmaması şərtləri:

FC tərəfindən təşkil edilən və Sizin tərəfinizdən qəbul edilən xidmətlər (düşərgə, ekskursiya, təlimlər və bunun kimi digər fəaliyyətlərdə iştirakçı olmaq xidməti) üçün ödənilən məbləğin qaytarılması şərtləri aşağıdakılardır:

  • Siz xidmətin icrasının başlanmasına 14 (on dörd) təqvim günü qalana qədər xidməti qəbul etməkdən imtina etdiyiniz halda, xidmət haqqının 100%-i geri qaytarılacaq.
  • Siz xidmətin icrasının başlanmasına 7 (yeddi) təqvim günü qalana qədər xidməti qəbul etməkdən imtina etdiyiniz halda, xidmət haqqının 50%-i geri qaytarılacaq.
  • Siz xidmətin icrasının başlanmasına 7 (yeddi) təqvim günündən az qaldığı təqdirdə xidməti qəbul etməkdən imtina etdiyiniz halda, ödənilmiş xidmət haqqı geri qaytarılmayacaq.
  • Xidmətin icrası həyata keçirildiyi dövrdə belə icra FC-dan asılı olmayan və Siz və ya Sizin himayənizdə olan uşaqlarla əlaqəli səbəblərdən (xəstəlik, uşağın xidməti almaqdan imtina etməsi, ailəvi planınız və s. bunun kimi digər səbəblər) yerinə yetirilə bilinmədiyi təqdirdə ödənilmiş xidmət haqqı geri qaytarılmayacaq.
  • FC-dan asılı olan səbəblər ilə əlaqədar xidmətin icrasından FC tərəfindən imtina edildiyi halda, ödənilmiş xidmət haqqı geri qaytarılacaq.
Malların dəyişdirilməsi və ödənilmiş məbləğin geri qaytarılması şərtləri:
  • Siz vebsaytlar (https://familyclub.me, https://familyclub.az, https://familyclub.ge) üzərindən əldə etdiyiniz malların alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək və ya ödənilən məbləği geri tələb etmə hüququna maliksiniz. Bu müddəti ötürdüyünüz təqdirdə mal dəyişdirilməyəcək və ya ödəniş məbləği geri qaytarılmayacaq.
  • Əldə etdiyiniz lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədlər saxlanılıbsa bu hallarda malı dəyişdirə bilərsiniz. Əks halda mallar dəyişdirilməyəcək və ya ödəniş məbləği geri qaytarılmayacaq.
  • Endirimdə olan zaman əldə edilmiş mallar dəyişdirilə və bu mallar üçün ödənişlər geri qaytarıla bilməz.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısına uyğun kateqoriyada olan mallar dəyişdirilə bilməz:
  1. Qızıl və qızıl məlumatları;
  2. Qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məlumatlar;
  3. İstehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr);
  4. Parfümer-kosmetika malları;
  5. Kişi, qadın və uşaq çimərlik paltarları;
  6. Bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları;
  7. Məişət-kimyası malları;
  8. Şəxsi gigiyena əşyaları (diş fırçaları, daraqlar, biqudilər və s.);
  9. Uşaq oyuncaqları;
  10. İstehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları;
  11. Ərzaq üçün plastmasdan hazırlanmış məlumatlar;
  12. Dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları.
Ödənişlərin geri qaytarılması proseduru:
  • Geri qaytardığınız mal qəbul edildikdən və yoxlanıldıqdan sonra sizə bununla əlaqədar e-mail bildirişi göndəriləcək. Biz həmçinin pulunuzun geri qaytarılmasının təsdiqlənməsi və ya rədd edilməsi barədə sizə məlumat verəcəyik.
  • Ödənişin geri qaytarılması təsdiqləndiyi halda, bununla bağlı müvafiq prosedur başladılacaq və məbləğ sizə ödəniş etdiyiniz qaydada geri qaytarılacaq.
  • Əgər siz ödənişi əldə etməmisinizsə, ilk olaraq bank hesabınızı yoxlamağınızı və ya bankınızla əlaqə saxlamağınızı tövsiyə edirik. Çünki ödənişin bank hesabına oturması prosesi bəzi hallarda gecikə bilir.

Bank hesabınızı yoxladıqdan və bankınızla əlaqə saxladıqdan sonra hələ də ödənişi əldə etməmisinizsə, bu zaman e-mail ([email protected]) vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.

Xidmət Müqavilənin nümunəsini yukləmək.

Əlavə suallarınız, təklifləriniz və ya şikayətləriniz olduğu təqdirdə [email protected] e-mail ünvanına yaza bilərsiniz.

× Chat