Family Club-ın aşağıdakı əsas fəaliyyətləri vardır:
Bizim təhsil proqramına əsasən 6 yaşdan fəaliyyətlərə qoşulmaq olar.
Azərbaycan, ingilis, rus
Family Club fəaliyyətləri xüsusi təlimlər keçmiş instruktorlar və pedaqoq-liderlər tərəfindən təşkil olunur. Bütün komanda üzvləri açıq havada fəaliyyətlərin təşkil olunması ilə bağlı uzunmüddətli təlimlənmiş, həmçinin yerli və beynəlxalq dərəcəli ilk yardım sertifikatlarına malikdirlər.
Gecələmə olan düşərgələrdə iştirakçılar kottec tipli istirahət mərkəzləri, təbii ərazilərə çıxışı olan otellər, villa tipli kənd evlərində qalırlar. Standartlara əsasən hər bir iştirakçı instuktorla ya pedaqoq-liderlə təmin olunur və onların təhlükəsizliyi üçün 24 saat nəzarət sistemi qurulur.
Bütün komanda üzvləri həyat təhlükəsizliyi və sağlamlığın təmin olunması ilə bağlı xüsusi təlimlər keçmişlər. Hər fəaliyyət zamanı standartlara uyğun olaraq ilk yardım qutusu təmin olunur. Komanda üzvləri yerli və beynəlxalq ilk yardım sertifikatlarına sahibdirlər. Fəaliyyətlərin təşkili üçün təhlükəsiz ərazilərin seçilməsi, uşaqların təhlükəsizliyinə nəzarət hər bir instruktorun və pedaqoq-liderin vəzifə borcudur.
Günlük və gecələmə olan fəaliyyətlərdə bütün iştirakçılar tibbi sığortası ilə təmin olunur və onlarla müqavilə bağlanır.
Master klasslar Forest School konsepsiyasına uyğun müxtəlif sahələr üzrə mütəxəssislər, sənətkarlar, elm adamları, maraqlı icma üzvləri, həmçinin Forest School Azerbaijan-nın pedaqoq-liderləri tərəfindən təşkil olunur.
Bəli, fəaliyyətlər ödənişlidir. Bəzi əməkdaşlıq layihələri ödənişsiz təşkil olunur. Bu imkandan yalnız Family Club-a üzv olan daimi iştirakçılar faydalanır.
Günlük düşərgələr:
Ekspedisiyalar (gecələmə olmayan):
Mövsümü düşərgə və ekspedisiyalar:
Master klasslar:
Ödənişlər veb səhifəmiz vasitəsi ilə onlayn (kartla) və ya nağd şəkildə ödənilə bilər.
Bütün fəaliyyətlərin baş tutacağı yer öncədən iştirakçılara və valideynlərə bildirilir. Bakı şəhərində olan fəaliyyətlər zamanı iştirakçılar özləri və ya valideynləri vasitəsi ilə əraziyə gəlirlər. Azyaşlı uşaqlar Family Club komandasının pedaqoq-liderləri tərəfindən təhvil alınır və fəaliyyətdən sonra təhvil verilir. Regionlarda keçirilən fəaliyyətlər, düşərgələr zamanı isə öncədən toplaşılacaq yer iştirakçılara bildirilir. Nəqliyyat Family Club tərəfindən təmin olunur. İstisna hallarda valideyn özü uşağı düşərgə ərazisinə gətirib apara bilər. Bu zaman bu məqam təşkilatçılarla razılaşdırılır.
Valideynlə birgə iştirak nəzərdə tutulan fəaliyyətlərdə valideynin iştirak etməsi mümkün olur. Bu daha çox ailələrlə birgə tədbir və düşərgələrə aid olur. Uşaqlar üçün keçirilən fəaliyyətlərə valideynlərin qoşulmasına icazə VERİLMİR.
Xidmətlər üçün ödənilən məbləğlərin geri qaytarılması və ya qaytarılmaması şərtləri:
Family Club tərəfindən təşkil edilən və Sizin tərəfinizdən qəbul edilən xidmətlər (düşərgə, ekskursiya, təlimlər və bunun kimi digər fəaliyyətlərdə iştirakçı olmaq xidməti) üçün ödənilən məbləğin qaytarılması şərtləri aşağıdakılardır:
Sertifikat təqdim edilməsi nəzərdə tutulan fəaliyyətlərdə verilir. Bütün fəaliyyətlər Forest School beynəlxalq təhsil konsepsiyasına əsaslanır. Sertifikat almaq üçün iştirakçılar uzunmüddətli proqram fəaliyyətlərinə qoşulmalıdır.
Bütün fəaliyyətlərimiz haqqına məlumatlar mütəmadi olaraq veb səhifəmizdə və sosial media hesablarımızda paylaşılır. Bizim rəqəmsal platforma və kanallarımıza aşağıdakı keçidlərdən daxil ola bilərsiniz.
Veb sayt: https://www.familyclub.me
Facebook: https://www.facebook.com/familyclub.me
Instagram: https://www.instagram.com/familyclub.me
Linkedin: https://www.linkedin.com/company/familyclub