7 ildən artıqdır ki, İqor gənclərlə işləyir, yerli və beynəlxalq qeyri-formal və açıq havada təhsil layihələrini idarə edir. Bir sıra Avropa və MDB ölkələrində təhsil və liderlik təlimləri, təcrübə proqramları, konfranslar və seminarların məzunu.
İT sistemlərinin inteqrasiyası və proqram təminatının inkişafı üzrə Layihə İdarəetmə sahəsində 10 ildən çox təcrübəyə malikdir. Azərbaycan, Gürcüstan, Ukrayna, Tacikistan və Monteneqroda beynəlxalq İT layihələrini idarə etmişdir.
İqor Project Management Professional (PMP), SAFe 6 Advanced Scrum Master (SASM), Professional Scrum Master (PSM I) və Lean Six Sigma sertifikatlı mütəxəssisdir. Son 5 ildir ki, o, layihələrində Agile yanaşmasını fəal şəkildə tətbiq edir. Beynəlxalq, çoxfunksiyalı və çoxmədəniyyətli komandalarla işləyir.
Layihənin idarə edilməsi, komandanın inkişafı, təlim, kouçinq və mentorluqla peşəkar şəkildə məşğul olur.
İqor Avrasiya Gənclər Proqramının uyğunlaşdırılması və tədbiqi üzrə çalışan qrupun üzvü və Azərbaycan Skautlar Assosiasiyasında skaut qrupunun rəhbəri, Ümumdünya Skaut Hərəkatı Təşkilatında (WOSM) Scrum Master kimi çalışırdı.
Hal-hazırda o, STEP IT Academy-də pedaqoq və Libertex Group-da Scrum Master kimi çalışır. O, həm də Azərbaycan Gənc Müəllimlər Assosiasiyasında mentordur.
BMT-nin Əhali Fondu (UNFPA) və National Geographic tərəfindən maliyyələşdirilən bir çox açıq havada qeyri-formal təhsil layihələrini idarə edib, uğurla başa çatdırdı.