Bizə zəng vurmaqdan çəkinməyin. Biz ekspert komandayıq və sizinlə danışmaqdan məmnunuq.
+994 51 423 24 23
Quşları müşahidə etmək fəaliyyəti təbiətlə daha dərin əlaqə yaratmaqla bərabər valideyn-uşaq münasibətlərinin möhkəmlənməsinə müsbət təsir göstərir. Dünyada unikal və elitar fəaliyyət növü hesab olunan quşları müşahidə etmək təbiət canlılarının yaşayış yerlərinin gözəlliyi və müxtəlifliyi haqqında praktiki məlumatlar verir. Bu fəaliyyət xüsusilə uşaqlar üçün biologiya, ekologiya və ətraf mühit elmini öyrənmək üçün əyləncəli və interaktiv bir vasitədir.
Tədqiqatlara əsasən təbiətdə vaxt keçirmək və quşları müşahidə etmək həm uşaqlar, həm də böyüklər üçün sakitləşdirici və stressi azaldan təsir göstərə bilir.
Biz sizin ailəniz üçün “Quşları müşahidə et” ailəvi Ekspedisiyasını hazırlamışıq!
Ekspedisiyamızın əsas məqsədi valideynlərin və uşaqların qeyri-iş günlərini səmərəli və əyləncəli keçirmələrini təmin etməkdir. Bundan əlavə, fəaliyyət “Forest School” təhsil yanaşmasına uyğun olaraq, uşaqların fiziki, intellektual, sosial, psixoloji, emosional inkişafına, onlarda xarakterin formalaşmasına kömək edəcək.
“Forest School” təhsil yanaşmasına görə, bütün uşaqlar yaş qruplarına uyğun olaraq fəaliyyətə cəlb olunurlar.
Yaş qrupları 6-10 və 11-14 yaşa bölünür. Burada dil qrupları da nəzərə alınır. Hər qrupda bir pedaqoq-lider mövcuddur. Uşaqlar yaşlarına və dil qrupuna uyğun olaraq fəaliyyətlərdə iştirak edirlər.
200 №-li Məktəb (Google Map)
09:00
Qızılağac Milli Parkında quşları müşahidə ailə ilə birgə açıq havada vaxt keçirmək, həmçinin vəhşi təbiətin möcüzələrini sevən və onu seyr etməkdən həzz alanlar üçün çox yaxşı bir imkandır.
Milli Park ərazisi Xəzər dənizinin qərb sahilləri boyunca köç edən quşların istirahət etmək, eləcə də yenidən uzunməsafəli yola çıxmaq üçün doyunca qidalanmaq məqsədilə dayandığı yerlərdən biridir. Bu məkan unikal landşaftı, dayaz su hövzələri, qamışlıqları və bataqlıqları əsasən oktyabr – may aylarında milyonlarla quşun məskəninə çevrilir.
Açıq havada olan müxtəlif görüntülər, rənglər, qoxular və səslər – uşaqlarınız və sizin emosional sağlamlığınıza müsbət təsir göstərəcəkdir.
Ekspedisiya proqramına daxildir:
Biz təxminən saat 12:00-da Ekspedisiya ərazisinə çatacağıq və iştirakçılar xüsusi nəqliyyat vasitələri ilə müşahidə üçün ayrılmış yerlərə gedəcək. Orada iştirakçılar binokllar və teleskoplarla Milli Park ərazisində məskunlaşan müxtəlif heyvan və quş növlərin yaxından müşahidə edəcəklər.
Günün proqramı:
08:00 Toplanış (200 №-li məktəbin qabağında)
08:30 – 12:00 Bakıdan – Milli Parkına gediş
12:00 – 14:00 Fəaliyyət
14:00 – 15:00 Nahar (özümüzlə gətirdiyimiz yeməkləri və qəlyanaltıları yeyirik)
15:00 – 17:00 Fəaliyyət
17:00 – 20:00 Milli Parkından – Bakıya dönüş
Tərəfimizdən təşkil edilən və Sizin tərəfinizdən qəbul edilən xidmətlər (düşərgə, ekskursiya, təlimlər və bunun kimi digər fəaliyyətlərdə iştirakçı olmaq xidməti) üçün ödənilən məbləğin qaytarılması şərtləri aşağıdakılardır: