Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondunun (UNFPA) və BMT-nin Qadınlar Agentliyinin (UN Women) təşkilatçılığı və “Forest School Azerbaijan”nın dəstəyi ilə Mingəçevirdə “Gənclər Qız Uşaqlarının Dəyərinin Təşviqi və Gender Bərabərliyi Uğrunda” gənc oğlanlar üçün düşərgə keçirilib.
Üç gün ərzində davam edilmiş düşərgənin keçirilməsində məqsəd gənclərin iştirakçılığı yolu ilə qız uşaqlarına münasibətdə cəmiyyətdə mövcud olan stereotiplərin aradan qaldırılmasına və qız övladının dəyərinin təşviqinə dəstək verməkdən ibarət idi.
Düşərgə müddətində iştirakçılar üçün “Cins və gender”, “Məsuliyyətli atalıq”, “Gender bərabərliyi”, “Gender əsaslı cins seçimi və gender əsaslı zorakılıq” mövzularında təlimlər keçirilib.
Həmçinin, onlar “Forest School” təhsil konsepsiyasına uyğun olaraq müxtəlif sosial, emosional, fiziki və intellektual fəaliyyətlərə cəlb olunublar.
Düşərgədə Qax, Lənkəran, Mingəçevir, Bakı, Sumqayıt, Gəncə, Ağsafa və Tovuzdan olan 15-18 yaşlı oğlanlar iştirak ediblər.