Mingəçevir şəhərində “Axını hiss et” avarçəkmə düşərgəsi keçirilib. Düşərgənin əsas məqsədi iştirakçıların “Forest School Azerbaijan”nın təhsil istiqamətlərinə uyğun olaraq fiziki inkişaflarına dəstək vermək, su idman növü olan Avarçəkməyə marağı artırmaqla təbiətin əsas elemenləri olan su, günəş, hava şəraitində öyrənmələrinə imkan yaratmaq idi.
Üç gün davam edilmiş düşərgədə uşaqlar Mingəçevir şəhəri Uşaq Gənclər İdman Avarçəkmə Məktəbinin müəllimi Namiq Əzizovun avarçəkmə təlimində olmuşdur. Uşaqlar ilk növbədə avarçəkmə su idman növü haqqında ətraflı məlumat almış, daha sonra isə özləri FHN əməkdaşlarının müşayiəti altında avarçəkmə ilə məşğul olmuşdur.
Əlavə olaraq avarçəkmə düşərgəmizdə uşaqlar 20 ildən çox dalğıclıq fəaliyyəti ilə məşğul olan akvanavt Xəqani Xəlilovun dalğıclıq təlimində olmuşdur. Dalğıclıq uşaqlara su mühitinin gözəlliyini kəşf etməyə fürsət verir və dənizin flora və faunası ilə tanış olaraq onları təbiətə qarşı həsass olmağa təşviq edir.
Həmçinin, iştirakçılar “Forest School” təhsil konsepsiyasına uyğun olaraq müxtəlif sosial, emosional, fiziki və intellektual fəaliyyətlərə cəlb olunublar.